Kamerun millisinin baş məşqçisi Klarens Zedorf vəzifəsindən ayrılıb.

“Sportliqa” xəbər verir ki, buna səbəb komandanın Afrika Millətlər Kubokunda uğursuz çıxış etməsi olub.

Komanda turnirin 1/8 final mərhələsində Nigeriyaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Zedorf Kamerun yığmasına ötən ilin avqustunda gətirilmişdi. (Matc.az)

Paylaş