Afrikanın ən güclüsü Əlcəzair oldu

Afrika Millətlər Kubokuna yekun vurulub.

“Sportliqa” xəbər verir ki, finalda Seneqal Əlcəzairlə qarşılaşıb.

Matç sürətli başlayıb və Əlcəzair 2-ci dəqiqədə hesabı açıb. Bunecahın vurduğu qol oyunda yeganə olub.

Sonrakı dəqiqələrdə başqa qol vurulmayıb və Əlcəzair 1:0 hesabı ilə qalib gələrək Afrika Millətlər Kubokunun qalibi olub. Bu, Əlcəzairin tarixi ərzində ikinci Afrika kubokudur. Bundan öncəki nailiyyət 1990-cı ildə olmuşdu.

Qeyd edək ki, bürünc medalı Tunisi 1:0 hesabı ilə məğlub edən Nigeriya qazanmışdı.

Paylaş