“Bavariya” “Real Madrid”i məğlub etdi

Beynəlxalq Çempionlar Kubokunda növbəti oyun keçirilib.

“Sportliqa” xəbər verir ki, “Bavariya” turnirdə ikini matçında “Real Madrid”lə qarşılaşıb.

Görüş Almaniya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “Bavariya” 3 xalla turnirdə 4-cü, xalı olmayan “Real Madrid” isə 11-ci pillədə yer alır.

“Bavariya” – “Real Madrid” – 3:1

Qollar: K. Tolisso, 15 (1:0), R. Levandovski, 67 (2:0), S. Qnabri, 70 (3:0), Rodriqo, 85 (3:1)

Paylaş