“Yuventus” “Tottenhem”lə bacarmadı – Son saniyələrdə gələn qələbə

Beynəlxalq Çempionlar Kubokunda daha bir oyun keçirilib.

“Sportliqa” xəbər verir ki, Çempionlar Liqasının son finalçısı “Tottenhem” güclü rəqibi “Yuventus”la qarşılaşıb.

Maraqlı mübarizə şəraitində keçən matçda 5 qol vurulub.

Hesabı “Tottenhem” açsa da, “Yuventus” önə keçməyi bacarmayıb. Lakin,     Turin təmsilçisi üstünlüyünü qoruya bilməyib. “Tottenhem” matçın sonlarına yaxın vurduğu iki qolla yenidən üstünlüyü ələ alıb və yekunda 3:2 hesabı ilə qalib gəlib.

“Yuventus” – “Tottenhem” – 2:3

Qollar: 30 – Erik Lamela (0:1), 50 – Hiquayn (1:1), 60 – Ronaldo (2:1), 65 – Lukas Moura (2:2), 90+3 – Harri Keyn (2:3)

Paylaş