Hollandiya millisindən imtina etdi, Türkiyəni seçdi

“Feyenoord”da çıxış edən Orkun Kökcü milli seçimini edib.

“Sportliqa” xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Türkiyə milli komandasında oynamağa qərar verib.

Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdı. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisinin kapitanı idi.

“Qroningen”in yetirməsi olan gənc yarımmüdafiəçi 2014-cü ildə “Feyenoord”un akademiyasına keçib.

Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb.

O, Hollandiyanın U-19 yığmasında 7 oyun keçirib. Ötən mövsüm “Feyenoord”da 12 matçda meydana çıxan yarımmmüdafiəçi 4 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub. (Sportinfo.az)

Paylaş