Araz Abdullayev 250 minlik yeni avtomobil aldı

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

“Sportliqa” xəbər verir ki, 27 yaşlı futbolçu yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu İnstaqram hesabında paylaşıb.

Məlumat üçün bildirək ki, bu avtomobilin qiyməti 150 min dollardan (255 min manat) başlayır.

Araz bundan öncə isə “Maserati” sürürdü.

Paylaş