Teymur Rəcəbovu çempionluqdan yarım xal ayırdı

Almaniyanın Dortmund şəhərində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da iştirak etdiyi dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri başa çatıb.

“Sportiqa” xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla oyununu da heç-heçə başa vuraraq aktivinə 0,5 xal əlavə edib.

T.Rəcəbov ümumi nəticəyə görə 4 xalla 2-5-ci yerləri bölüşür. Turnirin qalibi 4,5 xalla Lenyer Dominqes (ABŞ) olub. (Azərtac)

Paylaş