Cüdoçularımız Çexiyada 4 medal qazandı

Çex Respublikasının paytaxtı Praqada Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığmasının da qatıldığı Avropa kuboku yarışı keçirilib.

“Sportliqa” xəbər verir ki, cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar.

Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medal qaza

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışıb. (Azərtac)

Paylaş