“İnter” 94 milyon avronu gözdən çıxarır

“İnter”də baş məşqçi dəyişikliyindən sonra 3 futbolçu transferə çıxarılıb.

“Sportliqa” xəbər verir ki, rəhbərlik Antonio Kontenin planlarına daxil olmayan İvan Perişiç, Raca Nainqqolan və Mauro İkardi üçün təklif gözləyir.

“Neradzurra”nın bu addımı oyunçuların qiymətlərini də aşağı salıb. Məsələn, ötən il 110 milyon avroluq qiyməti olan İkardini indi milanlılar 60 milyona gözdən çıxarmağa hazırdı. Bir il əvvəl “Mançester Yunayted”in Perişiç üçün 50 milyon avroluq təklifini rədd edən “İnter” indi onu 30 milyona satmağa razıdı. Kluba 39 milyon avroya başa gələn Nainqqolan isə 15 milyon avro dəyərindədi.

Bu isə o deməkdir ki, bu transfer hazırkı qiymətlərlə baş tutsa, “İnter” ümumilikdə 94 milyon avro itirəcək. (Matc.az)

Paylaş