Millimiz Türkiyəyə uduzdu

2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi məşqlərini Türkiyənin İstanbul şəhərində davam etdirir.

“Sportliqa” xəbər verir ki, Bolqarıstan və Rusiyadan sonra Türkiyəyə yola düşən və ilk olaraq İzmirdə 3 günlük təlim-məşq toplantısı keçən komandamız Türkiyə millisi ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.

Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız 21-24 iyul tarixlərində İstanbulda məşlərə davam edəcək və ayın 24-də Braziliyaya yollanacaq.

Qeyd edək ki, 1-3 avqust tarixlərində keçiriləcək Olimpiya Təsnifat Turnirindən öncə yığmamızın Braziliyada yerli klublardan biri ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir. (Matc.az)

Paylaş