Elif Elmas rəsmən “Napoli”də – “Fənərbağça” qiyməti açıqladı

“Fənərbağça”nın futbolçusu Elif Elmas “Napoli”yə transfer olunub.

“Sportliqa” xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Makedoniyalı futbolçu illik 1,5 milyon avro maaş alacaq.

“Napoli” gənc futbolçu üçün 16 milyon avro təzminat ödəyəcək. İki klub arasındakı razılığa görə, futboçunun performansı əsasında “Fənərbağça”ya 1,5 milyon avro və başqa kluba satışından da əlavə 1,5 milyon avro ödəniləcək.

Paylaş