“Barselona” ulduz futbolçusu Lionel Messinin müqaviləsinin müddətini artırmağa hazırlaşır.

“Sportliqa” xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu Messinin atası Jorje Messi ilə görüşərək, yeni təklifini bildirəcək.

“Barselona” Messi ilə 4 illik yeni sözləşmə imzalamaq niyyətindədir.

Qeyd edək ki, 2004-cü ildə “Barselona” ilə peşəkar müqavilə imzalayan Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayına qədərdir. (Goal.az)

Paylaş