Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Macarıstanla üz-üzə gəlib.

“Sportliqa” xəbər verir ki, görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında futbolçularımız daha dəqiq oynayıb və komandamız 3:1 hesabı ilə qalib gəlib. Oyun zamanı Sabir Allahquliyevin dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.

Növbəti mərhələyə yüksələn millimiz Rusiya, İspaniya və İsveç yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.

Paylaş