Azərbaycanın qadın futbolçusu karyerasını Qazaxıstanda davam etdirəcək

Azərbaycan millisinin futbolçusu Aysun Əliyeva karyerasını Qazaxıstanda davam etdirəcək.

“Sportliqa” xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Okjetpes” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, A. Əliyeva son mövsümdə “Uğur” klubu ilə Azərbaycan kubokunun qalibi olub. O, həmçinin yarışın ən yaxşı futbolçusu da seçilib.

Paylaş