“Qarabağ”ın Bakıda matçı norveçli hakimlərə tapşırıldı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” –  “Dundalk” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

“Sportliqa” xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək matçın baş hakimi Norveç Futbol Federasiyasından Svein Oddvar Moen olacaq.

Ona Magnus Lundberg və İsaak Elias Skyeset Başevkin köməklik edəcək. Dördüncü hakim funksiyasını  Sigurd Kringstad yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Dundalk” cavab görüşü iyulun 31-i yerli vaxtla 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun isə sabah İrlandiyada keçiriləcək.

Paylaş