Azərbaycan yığması Braziliyaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Braziliyaya yollanıb.

“Sportliqa” xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi milli Cənubi Amerikada 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək.

Avqustun 1-3-də təşkil olunacaq yarışda voleybolçularımız Braziliya, Dominikan Respublikası və Kamerunla birgə D qrupunda yer alıb. Komandamızın səfərə tez yollanması isə adaptasiya olunması ilə bağlıdır. Yığmamız matçların baş tutacağı Uberlandiya şəhərində deyil, San-Pauluda 6 günlük hazırlıq da keçəcək. Həmçinin yerli klublarla yoxlama oyunu da istisna deyil.

Qeyd edək ki, yığma səfərə İstanbuldan yollanıb. Komandamız Braziliyaya gedənədək Bolqarıstan, Rusiya və Türkiyədə təlim-məşq toplanışında olub. Bu müddətdə 5 yoxlama oyununa çıxan təmsilçimiz cəmi 1 qələbə qazanıb. (APA)

Paylaş